Çətin olsa da Bakı Şəhər Halqasında öz rekordumu yeniləməyə çalışacağam

Bunu mətbuat konfransında ­“Mercedes” komandasının pilotu ­Valtteri Bottas deyib.

 “Mövqeyimin əlverişsiz olması çıxışıma o qədər də təsir göstərə bilməz. Əvvəllər də yaxşı olmayan mövqelərdən yarışa başlamışam. Hesab etmirəm ki, bu, mənə nə isə çətinlik törətsin”.

Valtteri Bottas qeyd edib ki, komanda yoldaşları ilə münasibətləri yüksək səviyyədədir. “Biz bir-birimizi yaxşı başa düşürük. Azərbaycan Qran-prisi üçün xüsusi planımız var. Bu planla çıxış edərək yüksək nəticə qazanmaq istəyirik.

Daha sonra favorit bildirib ki,  bolidlərin konfiqurasiyasındakı dəyişikliklər onları döngələrdə daha sürətli, düz yolda ləng edib.

Eyni zamanda, V.Bottas bildirib ki, dairələri başa vurma böyük ehtimalla azalacaq.

Qeyd edək ki, ötən il Bakı Şəhər Halqasında Vallteri Bottas tərəfindən vurulmuş sürət rekordu saatda 378 kilometr olub.

Hazırladı:
Anar TURAN, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında