“Formula-1” Azərbaycan Qran-prisi öncəsi pilotların fikirləri

“Formula-1” sürət yarışı artıq başlayıb. Müxtəlif komandaları təmsil edən təcrübəli pilotların Azərbaycan Qran-prisindən gözləntiləri böyükdür. Keçirilən mətbuat konfransında onların  yarışla bağlı dedikləri  də bunu təsdiq edir.

Force İndia komandasının təmsilçisi Esteban Ocon:

– Əsas hədəfim sessiya bitməzdən əvvəl qalib gəlməkdir. Özümü köklədiyim məqsəd və nail olmaq istədiyim də məhz  budur. Melburnda keçirilmiş yarışdan bəri irəliləyişimdən məmnunam.  Mən maşında kifayət qədər rahatam və addım-addım özümü təkmilləşdirirəm. Özümü əla hiss etməyə başlamışam. Düşünürəm ki, böyük nəticə qazanarıqsa, niyə də olmasın, biz buna nail ola bilərik.

Ferrari  komandasının təmsilçisi Kimi Raaıkkönen:

– Bakı treki Monako treki arasında o qədər də bənzərlik yoxdur.  Ancaq bununla belə,  fikrimcə, bizim hər  yerdə yaxşı  maşınımız var. Gedişata baxacağıq. Biz ancaq əlimizdən gələni edə bilərik. Ümidvaram ki, yenidən ön sıralarda olacağıq.

McLaren  komandasının pilotu  Stoffel Vandoorne:

– İştirak etdiyim hər Qran-pridən əvvəl adətim üzrə simulyatorda bir az vaxt keçirirəm.  Burada dövrələr  çoxdur. Nəhayət, bizim simulyatorumuz  güvəniləndir, odur ki, mən  çoxlu dövrə vura bildim.  Həmçinin keçən il burada keçirilən yarışları  izlədim. Mənim etdiklərim bu qədər. Keçən il Bakıda “Formula-1” Avropa Qran prisində iştirak edən Fernando Alonsodan  məsləhət alıb-almamağıma gəlincə, onunla danışmaq imkanım olmayıb. Ancaq əminəm ki, bu həftəsonunda  daha yaxşı çıxış edəcəyəm. Bakı rallisi də küçə trekidir. Ancaq Monakoda olduğundan  fərqlidir. Düşünmürəm ki, bizim yüksək imkanlarımız var,  əlimizdən gələni etməyə çalışacağıq.

Toro Rosso komandasının üzvü Daniil Kvyat:

Kanadadakı yarış məyusedici oldu və biz onu xalsız başa vurduq.  Çalışacağıq ki,  Bakı trekində  dövrə vaxt itkisini   minimuma endirək, həqiqətən də güclü çıxış etməyə çalışaq. Bakı trası unikaldır və burda bolid sürmək əladır. Trekin çox təsiredici konfiqurasiyası var: belə ki, birbaşa uzun trasın arxasınca qəfildən çox dar seksiya başlayır ki, burada yavaşca İçərişəhər divarlarına toxunursan. Burada Monakoda  və eyni zamanda, Monzada olduğu kimi bir hissə var. Bir sözlə, tras qeyri-adidir və bu mənim xoşuma gəlir. Ümid edirəm ki, biz müəyyən qədər xal toplamağa nail olacağıq.

Haas komandasının pilotu Romain Grosjean:

– Həmişə arxaya baxıram və komanda olaraq nələr etdiyimizi görürəm. Komandamla fəxr edirəm. Bu gün əldə etdiyimiz hər bir  nailiyyət  birgə işimizin nəticəsidir. Bu yarış komandanı  qurmaq üçün xüsusi bir  təcrübədir. Düşünürəm ki,  birinci zonada  birbaşa böyük  xətt, böyük əyləc zolağı  və aşağı sürətli döngələr var ki, bu da Monzada olduğu kimidir. Başlıcası  sürət və  əyləci yaxşı saxlamaqdır. Mənim fikrimcə, 15-ci döngə “hiyləgər” döngədir, belə ki, əvvəl qabarıq, sonra isə eniş yol davam edir.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında