Maks Ferstappen: “Formula-1” kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzundan qaynaqlanır

“Formula-1” Avropa Qran-Prisi-2016 yarışlarında mübarizə aparan ən məşhur pilotlar Bakıda bu möhtəşəm idman tədbirinin ən yeni və sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında yenidən yarışmağı həyəcanla gözləyirlər. Valteri Bottas (Mercedes), Daniel Rikkardo və Maks Ferstappen (Red Bull), Felipe Massa (Williams), Serxio Perez (Force India), ikiqat dünya çempionu, habelə ötən il Bakıda keçirilən “Formula-1”in rəsmi elçisi Fernando Alonso (McLaren) və digər pilotların yarışacaqları trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri heç bir şübhə doğurmur. Onlardan biri, “Red Bull Racing” komandasının pilotu, 2014-cü ilin “Formula-3 Masters” yarışının qalibi Maks Ferstappen autosport.com.ru portalına müsahibəsində deyib:

– Azərbaycanın paytaxtı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi etməyə hazırdır. Artıq bütün Avropanın idman nəbzinin Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyünəcəyinə saatlar qalır.

Niderlandlı pilot iştirakçısı olduğu “Formula-1” Avropa Qran-Prisi-2016 yarışması ilə bağlı bildirib: “ Ötənilki “Formula-1”in paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimindəki maraqlı anlar yaddaşımda silinməz izlər buraxıb. O zaman mənə bir daha aydın oldu ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan “Formula-1” yarışının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq idman aləmində qazandığı uğurlarla sıx bağlıdır.

Birinci Avropa Oyunlarından sonra ­“Formula-1” kimi mühüm yarışın bu ölkənin paytaxtında reallaşdırılması Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın bir şərq respublikasının timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Təsadüfi deyil ki, bir az əvvəl Azərbaycan həm də IV İslam Həmrəylik Oyunlarına uğurla evsahibliyi edib. Bütün bunlar isə Azərbaycanın dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

Niderlandlı pilot sonda deyib: “Beynəlxalq idman aləmi müstəqillik yolu ilə uğurla addımlayan Azərbaycanı artıq yaxından tanıyır. Qədim tarixə, zəngin mədəniyyətə, milli-mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik bu ölkənin güclü potensialına mən də bələdəm. Qarşısına qoyduğu hər bir məqsədin, niyyətin uğurla həyata keçirilməsi ilə dünyaya örnək olan Azərbaycan inanıram ki, “Formula-1” Avropa Qran-prisi-2017 yarışmasını da uğurla sona çatdıracaq”.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında