Luis Hamilton: Mən Bakıda qalib gəlmək istəyirəm

“Formula–1”-də üçqat dünya çempionu Luis Hamilton Azərbaycan Qran-prisində qələbəni bayram etmək istəyir. Mercedesin pilotu bu fikri təsnifat yarışlarından əvvəl F1news portalına müsahibəsində bildirib.

– Bir il əvvəl Bakıda yürüş sizin üçün asan olmadı, bəs indi sizi nə gözləyir?

– Əlbəttə, yürüşə hazırlaşarkən mən bir il əvvəl baş verən hər şeyi təhlil etdim. İndi nə kimi mürəkkəb vəziyyətlərlə üzləşə bilcəyimi başa düşürəm. Ona görə də əvvəlki problemlərlə yenidən üzləşmək istəmirəm. İndi bizdə vəziyyət başqadır, mən inanıram ki, bu dəfə hər şey başqa ssenari üzrə inkişaf edəcək, hərçənd, yəqin ki, nəsə bir çətinlik də olacaq. Amma güman edirəm ki, arxada qalan 12 ay ərzində biz bu çətinliklərə daha yaxşı hazırlaşmışıq.

– Azarkeşlər çempionatda kəskin mübarizədən zövq alırlar, siz isə yəqin düşünürsünüz ki, mövsüm sizin üçün tam şəkildə sabit keçmir...

– Sabitlik çempionatda qələbənin açarıdır, Sebastiyan Feddel daha sabit çıxış edir, bu isə onun qələbə yolunda olmasının əlamətidir. Əlbəttə, əgər biz çempionatın hər iki zaçotunda titullara iddialı olmaq istəyiriksə, sabitliyin artırılması məsələsi üzərində işləməliyik.

– Bu mənada Kanadada qazandığınız qələbə sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

– Sabitlik çempionatda qələbə uğrunda mübarizədə bütün komanda, elə mənim üçün də vacibdir. Biz əla nəticəyə nail olmuşuq. Bu nəticə yeni səviyyəyə çıxmağımıza imkan verir. İndi biz Bakıda keçirilən yürüşdə qalib gəlməyə çalışacağıq.

– Komandanızın rəhbəri Toto Volff bu yaxınlarda deyib ki, sizin keçmiş komanda yoldaşınız Niko Rosberq çempionatı udmaq üçün bütün vasitələrdən istifadə edib. Siz bu barədə nə düşünürsünüz?

– Mən bu barədə düşünmürəm. Bütün bunlar artıq keçmişdə qalıb və mənim üçün heç bir əhəmiyyət daşımır. İndi gələcək haqqında, məni əhatə edən insanlarla işi necə qurmaq barədə fikirləşmək lazımdır. Mən çox pozitiv əhvaldayam və keçmişdə baş verənlərin üzərinə qayıtmaq istəmirəm. Onsuz da biz keçmişi dəyişə bilmərik, amma bütün gücümüzü məqsədlərimiziə nail olunması işinə yönəldə bilərik. Bu istirahət günlərində mən Bakıda ilk dəfə yürüşdə qalib gəlmək istəyirəm, axı bu mənim hələ qalib gələ bilmədiyim yeganə Qran-pridir.

– Sizdən Monrealda göstərdiyiniz nəticənin təkrarını gözləyirlər. Buna görə nə dərəcədə güclü pressinq hiss edirsiniz?

– Mən elə bir pressinq hiss etmirəm, çünki “Formula–1”də artıq çoxdan çıxış edirəm. Pressinq bizim gördüyümüz işin bir hissəsidir. Əlbəttə, pressinq var və bu mənim xoşuma gəlir. Bunu izah etmək çətindir. Çox güman ki, mən özüm də özümdən çox şey tələb edirəm, çünki bilirəm ki, yüksək nəticələrə nail ola bilərəm. Gücümü nəyə sərf etmək istədiyimi mən özüm müəyyənləşdirirəm, amma burada hər şey çox sadədir: əgər mən işləməsəm, lazımi nəticə göstərə bilmərəm.

Hazırladı:
O.BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında