Valtteri Bottas: Özümü Luis Hamiltondan zəif hesab etmirəm

“Mercedes” komandasının pilotu Valtteri Bottas müsahibəsində bildirib ki, üçqat dünya çempionu olan komanda yoldaşı Luis Hamiltondan heç də geri qalmır.

Qeyd edək ki, finlandiyalı pilot Rusiyada karyerasının ilk qələbəsini qazansa da, digər yarışlarda Hamiltondan üstün olmaqda çətinlik çəkib. Bu barədə “F1.az” məlumat verib.

“Formula-1” iştirakçısı Bottas deyib: “Luis ilə tempimiz çox yaxındır. Aramızda heç bir fərq yoxdur. Özümə güvənirəm. Bəli, o uzun illərdir ki, komandadadır və məndən daha təcrübəlidir. Əlbəttə, Luis kimi pilotla komanda yoldaşı olmaq çətindir. O, çox sürətlidir və mənim inkişafıma kömək edir. Buna görə də xoşbəxtəm. Ümid edirəm ki, bundan sonra sürəti daha da artırıb, gözəl nəticələr qazanacağam”.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında