“Toro Rosso” pilotları Azərbaycan haqqında nə düşünürlər?

Daniil Kvyat

“QUCAQLAŞMA”: “Trek özünəməxsus olduğu üçün orada yarışmaq əla olacaq. Onun xoş təsir bağışlayan quruluşu var. Belə ki, trekin sürətlənmə düzlükləri olduqca uzundur və anidən darlaşan hissədə sanki divarlar “QUCAQLAŞIR”. Həmin hissədən sadəcə, bir maşının keçə bilməsi, yarışı daha da həyəcanlı edir. Bakı trekinin həm Monako, həm də Monza treklərinə bənzəyən hissələri var, ancaq yenə də deyərdim Bakı treki fərqlidir və mənim xoşuma gəlir.”

SÜRƏT: Keçən il bizim Bakıda sıralanma turumuz uğurlu keçdi. Yeddinci sırada bitirdim və SÜRƏT də yaxşı idi. Mən hətta yarışa altıncı sırada başladım. Həqiqətən də, yarışı tamamlaya bilməmək bizim üçün sadəcə utancverici idi. Ümidvaram ki, bu həftəsonu biz yarışı daha yaxşı nəticə ilə sonlandırarıq.

GÖZ QIRPIMI: Biz Bakıda tıxacda qalma riski ilə üzləşmirik. Çünki trek bizim qaldığımız məkandan, demək olar, bir neçə addım aralıdır. Oyanırsan və özünü bir GÖZ QIRPIMINDA iş başında görürsən.

MÜASİR: Nə qədər istəsəm də, keçən il Bakını kəşf etməyə vaxtım olmadı. Lakin bu il qədim və MÜASİR arxitekturanın maraqlı vəhdəti ilə yaxından tanış olmağa çalışacağam. Heydər Əliyev Mərkəzi səyahət etmək istədiyim məkanlardan biridir. Bu tikili həqiqətən də çox gözəldir.

İLK DƏFƏ: İndiyədək qazana bilmədiyimiz yarış xalları hələ də hədəfimizdədir. İLK DƏFƏ olaraq hər hansı trekdə qazanılan xallar insana xoş hisslər verir. Ümidvaram, builki yarışda uğurlu çıxış edərək müəyyən xallar toplaya biləcəyik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında