Sergey Sirotkin: Azərbaycanda “Formula-2” yarışında iştirak edəcəyim üçün çox məmnunam

“Formula-1” yarışının “Reno” komandasının ehtiyat pilotu Sergey Sirotkin Bakıda keçiriləcək “Formula-2” mərhələsində iştirak edəcək.

“SMP Racing” yürüş proqramının mətbuat açıqlamasında bildirilir ki, S.Sirotkin “ART GP” komandasının tərkibində britaniyalı Aleksander Albonu əvəz edəcək. A.Albon səhhəti ilə əlaqədar yarışlara qatıla bilməyəcək.

S.Sirotkin “Formula-2” mərhələsində iştirak edəcəyindən məmnun olduğunu bildirib: “Əvvəlcə Albona tezliklə sağalmağı arzu edirəm. Çox şadam ki, “Formula-2”-nin bolidinin sükanı arxasına qayıdıram. Bu seriyada iki il uğurla çıxış etmişəm. “ART GP” komandası mənə müraciət edəndə Azərbaycana getməyə məmnuniyyətlə razılıq verdim”.

Pilot, həmçinin “SMP Racing” proqramının təsisçisi Boris Rotenberqə və “Reno” komandasının rəhbəri Sirilyu Abirbula təşəkkür edib.

Fəridə Abdullayeva,
 AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında