İspaniya portalı “Formula-1” pilotlarının Azərbaycan Qran-prisi barədə fikirlərini dərc edib

İspaniyanın “f1aldia.com” portalında “Red Bull Racing TAG Heuer” komandasının pilotları Daniel Rikkardo və Maks Ferstapenin Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi barədə fikirlərinin əks olunduğu məqalə dərc edilib.

Məqalədə cari mövsümdə 5-ci və 6-cı yerlərdə qərarlaşan pilotlar Bakı şəhər halqası haqqında fikirlərini bölüşüblər.

Daniel Rikkardo qeyd edib ki, Bakıda yarışmaq maraqlıdır, lakin dar döngələrə girmək çox çətin olacaq.

Maks Ferstapenin fikrincə isə Bakı trasının xüsusi sxemi var. Burada enli hissələrlə bərabər, Monako trasından daha dar olan küçələr var. Ferstapen Bakıda qalacağı mehmanxanadan, onun birbaşa Bakı şəhər halqasına açılan möhtəşəm mənzərəsindən məmnunluğunu ifadə edib. O deyib ki, bir gün axşam saatlarında Bakının mağazalarını gəzmək istəyir.

Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında