“Gazelli Group” “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Bakı Marşal Klubuna dəstək göstərəcək

Yerli kosmetik vasitələrinin istehsalçısı “Gazelli Group” şirkəti bu il Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Marşal Klubuna dəstək göstərəcək.

Əldə olunan razılığa əsasən, “Gazelli Group” iyunun 23-25-də Bakıda baş tutacaq Azərbaycan Qran-Prisində fəaliyyət göstərəcək marşalları öz məhsulları ilə təmin edəcək.

“Gazelli Group” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı ölkəmizdə keçirilən yarışa dəstək göstərməkdən böyük məmnunluq duyduqlarını bildirərək deyib: “Şirkətimiz Azərbaycanda keçirilən əksər ictimai, mədəni və idman tədbirlərinə hər zaman öz dəstəyini göstərir. Azərbaycan Qran-Prisinə də istehsal etdiyimiz məhsullarla töhfə verəcəyimizə görə olduqca şadıq. Biz növbəti illərdə də oxşar tədbirlərə dəstək verməkdə davam edəcəyik”.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin idman əməliyyatları şöbəsinin direktoru və  qurumun tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev göstərilən əməkdaşlığa görə təşəkkürünü bildirib: “Marşallar müxtəlif hava şəraitində təlim keçərək yarışa hazırlaşırlar. Xüsusən də uzun çəkən yarış sessiyaları zamanı əksər hallarda günəşdən qorunma vasitələrinə ehtiyac duyurlar. İnsan amili Bakı Marşal Klubunun başlıca dəyərlərindəndir. Biz bunu rəhbər tutaraq marşallarımız üçün hər zaman ən keyfiyyətli vasitələri seçirik. Bu il yarış zamanı marşallarımız “Gazelli Group” şirkətinin bizə təqdim etdiyi xüsusi kosmetik vasitələri istifadə edəcəklər. Biz də öz növbəmizdə göstərilən diqqətə və dəstəyə görə “Gazelli Group” şirkətinə dərin minnətdarlığımızı bildiririk”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında