“Formula-1” bolidlərinin Bakıya gətirilməsinə başlanılıb

"Formula-1" Azərbaycan Qran-prisi çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanına yüklərin gətirilməsinə başlanılıb.

Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilib. Daha iki reys bu həftə yerinə yetiriləcək.

Reysləri "Silk Way Airlines", "Cargolux", "Qatar Cargo" və "AirBridgeCargo" yük aviaşirkətləri yerinə yetirirlər.

"Formula-1" Azərbaycan Qran-prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında