Məğlubiyyətdən sonra qələbə

Azərbaycanın qadınlardan ibarət milli şahmat komandası Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən dünya çempionatının start turlarında mümkün xalların yarısını toplamışdır.

Çempionatın açılışı günü Polşa yığmasına məğlub olan (0,5:3,5) şahmatçılarımız ertəsi gün Misir komandası üzərində 4:0 hesabı ilə qələbə qazanmışlar. Bütün dörd taxtada Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva rəqiblərindən dəqiq oynamışlar.

İlk iki turda ən yaxşı nəticəni Rusiya millisi göstərmişdir – 4 xal. İkinci – dördüncü mövqelərdə olan Polşa, Ukrayna və Hindistan komandaları 3, sonrakı üç yeri bölüşdürən Vyetnam, Azərbaycan və Gürcüstan yığmaları 2 xal qazanmışlar. Çin şahmatçıları iki turda 1 xalla kifayətlənmiş, ABŞ, Misir komandaları isə hər iki matçda məğlub olmuşlar.

Dünən keçirilən üçüncü turda Azərbaycan yığması Rusiya komandası ilə görüşmüşdür.

Bu xəbərə onu da əlavə edə bilərik ki, qrossmeyster Vüqar Rəsulov Türkiyənin Çeşmə şəhərində keçirilmiş beynəlxalq şahmat festivalının “A” turnirini gümüş medalla başa vurmuşdur.

Yarış iştirakçılarından altısı ukraynalılar Andrey Sunets və Yuri Solodovniçenko, Rəsulov, Gürcüstan təmsilçiləri Konstantin Şanava, Giqa Quparadze və Yevgeni Qleyzerov (Rusiya) 9 mümkün xaldan hərəyə 7 xal toplamışlar.

Əlavə göstəricilərə görə baş mükafatı Sunets qazanmış, gümüş medal isə Azərbaycan şahmatçısına təqdim olunmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında