Rinq ustalarımız Xarkovda

Azərbaycanın ən yaxşı boksçuları növbəti çətin sınağa başlamışlar. Dünən Ukraynanın Xarkov şəhərində starta çıxıb iyunun 24-dək davam edəcək Avropa çempionatının iştirakçıları bu məsul yarışda medallarla yanaşı, qarşıdakı payızda Hamburqda (Almaniya) keçiriləcək dünya çempionatına lisenziya uğrunda mübarizə aparırlar.

Xarkovun “Lokomotiv” İdman Sarayının rinqində 40-dan çox ölkə boksçularının ilkin mərhələ görüşləri iyunun 20-dək davam edəcək. Qaliblər on çəki dərəcəsində müəyyənləşəcək. Final görüşləri iyunun
24-nə təyin edilmişdir.

Avropa çempionatında Azərbaycanın idman şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qoruyurlar.

Komandamızdan birinci olaraq mübarizəyə Çələbiyev və Quliyev başlayacaqlar. Onlar bu gün müvafiq surətdə litvalı və rusiyalı rəqiblərlə döyüşəcəklər.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında