Kuboka səkkiz iddiaçı

Dünən  Sankt-Peterburqda kolumbiyalı hakimlər briqadasının idarə etdiyi Rusiya–Yeni Zelandiya görüşü ilə futbol üzrə Konfederasiyalar Kuboku turnirinə start verilmişdir. Gələn ilin yayında Rusiyada təşkil olunacaq dünya çempionatı qarşısında bir növ baş məşq hesab edilən bu yarışda mükafatlar uğrunda səkkiz komanda mübarizə aparır.

İlkin mərhələdə rəqiblər iki qrupa bölünmüşlər: “A” qrupu. Rusiya, Yeni Zelandiya, Portuqaliya, Meksika. “B” qrupu. Almaniya, Çili, Avstraliya, Kamerun.

Start turunun digər üç görüşü bunlardır. 18 iyun. Portuqaliya–Meksika, Kamerun–Çili, 19 iyun Avstraliya–Almaniya (oyunlar Sankt-Peterburqla yanaşı, Moskva, Kazan və Soçidə təşkil olunacaq).

İlkin yarışların yekununda hər qrupdan ən yaxşı iki komanda yarımfinala çıxıb kubok uğrunda mübarizəni davam etdirəcəkdir. Final görüşü iyulun 2-də keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında