"Lokomotiv" Avropa Çağırış Kubokunun 1/8 final mərhələsində

"LOKOMOTİV" TARİX YAZDI
Qadınlar arasında 2010-2011-ci illər Avropa Çağırış Kubokunun ("Çelenc Cup") növbəti mərhələsində Azərbaycanın "Lokomotiv" və Avstriyanın "Lints" komandalarının 1/16 final mərhələsinin cavab görüşü 12 yanvar 2011-ci ildə "Sərhədçi" İdman Mərkəzində keçirilmişdir.
Qarşılaşma elə birinci hissədən "Lokomotiv"in hücumları ilə başladı. Müvafiq olaraq 25:8, 25:9, 25:12 hesabı ilə hər üç hissəni qələbə ilə başa vuran komandamız gözəl oyun nümayiş etdirdi.
Komandanın baş məşqçisi Draqutin Valtiçin rəhbərliyi ilə oyuna çıxan Yelena Parxomenko, Kseniya Kovalenko, Oksana Məmmədyarova, Devis Nikol, Aleksandra Samoylova, Kremena Kamenova, Smak Monika, Yelena Keldebekova, Vera Klimoviç, Metcalf Nansy, Mariya Filipova, Kristin Riçhardsın ustalığı tamaşaçıların alqışları ilə müşayiət olunmuşdur.
Bununla da "Lokomotiv" növbəti mərhələyə vəsiqə qazandı. Avropa Cağırış Kubokunun ("Çelenc Cup") 1/8 final mərhələsində "Lokomotiv"in rəqibi Kiprin "Apollon Limassol" komandası olacaq.
Məlumat üçün deyək ki, 1/16 final mərhələsində "Lokomotiv" - "Lints" qarşılaşmasının ilk görüşü 4 yanvar 2010-cu ildə Avstriyanın Lints şəhərində keçirilmiş və komandamız 3:0 hesabı ilə qələbə qazanmışdır.
"Lokomotiv" komandasının voleybolçularını ürəkdən təbrik edir, növbəti mərhələlərdə daha böyük uğurlar arzulayırıq.

{nl}

Vasif SÜLEYMAN


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında