Atıcılıq üzrə Dünya Kuboku yarışlarının Qəbələ mərhələsi başa çatıb

Çin komandası 4 qızıl, 3 gümüş və 1 bürünc medalla 45 ölkə arasında birinci yerdə qərarlaşıb

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları başa çatıb.

Yarışların sonuncu günü kişi və qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəş açma yarışları keçirilib. İdmançılar yerə uzanaraq, dizi üstə və ayaq üstə dayanaraq tüfəngdən hədəfə atəş açıblar. Qadınlardan Çin atıcısı Menqyao Şi qızıl, Avstriya idmançısı Nadine Yungerbank gümüş, Danimarka təmsilçisi Stine Nelsen bürünc medal qazanıb. Kişilərin yarışında isə Macarıstan idmançısı İstvan Peni birinci, Çin təmsilçisi Zichenq Hui ikinci, Polşa atıcısı Tomas Bartnik üçüncü yeri tutub.

Qeyd edək ki, iyunun 8-dən 13-dək davam edən bu mötəbər yarışda 45 ölkənin idmançıları tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdiriblər. Otuz idmançı ilə bu yarışlara qatılan Çin komandası 4 qızıl, 3 gümüş və 1 bürünc medalla 45 ölkə arasında birinci yerdə qərarlaşıb. Avstriya və Danimarka komandaları isə II-III yerləri tutub. Yarış iştirakçıları, ümumilikdə, 10 dəst medal uğrunda mübarizə aparıblar. Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər.

Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında