Rusiyaya aparan yolda

Final mərhələsi 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburq şəhərlərində keçiriləcək futbol üzrə dünya çempionatının seçmə yarışlarının növbəti, 6-cı turunda ilk 9 görüş iyunun 9-da “A”, “B və “H” qruplarında oynanılmışdır.

“A” qrupunda hər üç oyun “doğma divarlar” arasında çıxış edən komandaların üstünlüyü şəraitində davam etmiş və onların qələbəsi ilə başa çatmışdır: Belarus–Bolqarıstan–2:1, Hollandiya–Lüksemburq–5:0, İsveç–Fransa–2:1.

Bu görüşlərdən sonra qrupun turnir cədvəlinə başçılıq edən İsveç və Fransa hərəyə 13 xal toplamışlar. Cədvəldə liderlərin ən yaxın izləyiciləri hollandların 10 xalı var.

“B” qrupu komandalarının mübarizəsində meydan sahibləri bir qələbə ilə kifayətlənməli olmuşlar. Andorra–Macarıstan görüşündə qeydə alınmış 1:0 hesabını gözlənilməz nəticə hesab etmək olar.

Digər iki oyunda Farer adaları futbolçuları İsveçrəyə 0:2, Latviya isə Portuqaliyaya 0:3 hesabı ilə uduzmuşlar.

Qrupda lider hələlik itkisiz irəliləyən İsveçrə millisidir–18 xal. İkinci mövqedə 15 xalla Portuqaliya komandasıdır. Üçüncü yerdə olan macarlar cəmi 7 xal toplamışlar.

“H” qrupunda da qonaqlar səfərdə özlərini evdəki kimi hiss etmişlər. Əgər Bosniya və Herseqovina –Yunanıstan görüşündə rəqiblərin bir-birinin qapısına yol tapmaq cəhdləri bir nəticə verməmişdirsə (0:0), estonlar Belçika furbolçularına məğlub olmuşlar –0:2, Cəbəllütariq komandası isə Kipr yığmasına uduzmuşdur–1:2.

Altı turdan sonra qrupda lider Belçika komandasıdır–16 xal. İkinci-üçüncü yerləri müvafiq surətdə 12 və 11 xalla yunanlar və bosniyalılar tuturlar.

Dünən axşam “C”, “E” və “F” qruplarında da növbəti matçlar oynanılmış, o cümlədən Azərbaycan–Şimali İrlandiya görüşü keçirilmişdir.

Altıncı tura bu gün İrlandiya–Avstriya, Moldova–Gürcüstan və Serbiya–Uels (“D” qrupu), Makedoniya–İspaniya, İsrail–Albaniya, İtaliya–Lixtenşteyn (“G” qrupu) və Finlandiya–Ukrayna, İslandiya–Xorvatiya və Kosovo–Türkiyə (“İ” qrupu) görüşləri ilə yekun vurulacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzəti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında