İ D M A N

Dünya çempionatına vəsiqə uğrunda

 

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə yarışları çərçivəsində “C” qrupunda Azərbaycan – Şimali İrlandiya görüşü ilə yanaşı, Almaniya – San-Marino və Norveç – Çexiya matçları da keçiriləcək.

Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov  adına Respublika Stadionunda Azərbaycan və Şimali İrlandiya komandalarının görüşü saat 20-də başlanacaq və oyunu FİFA-nın ispaniyalı  hakimi Xavyer Estrada  idarə edəcək.

Bu axşam dünya çempionatının digər seçmə qruplarında da bir neçə oyun olacaq: Qazaxıstan – Danimarka, Sloveniya –  Malta , Şotlandiya – İngiltərə, Polşa – Rumıniya, Litva – Slovakiya, Çernoqoriya – Ermənistan.

 

Konfederasiyalar kuboku

 

İyunun 17-dən iyulun 2-dək Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və Soçi  şəhərlərində  keçiriləcək Konfederasiyalar kuboku turniri futbol aləmində maraqla gözlənilir. Bu yarış, eyni zamanda, təşkilatçı ölkənin dünya çempionatı  – 2018-ə hazırlığına  bir növ  baxışa  çevriləcək.

Konfederasiyalar kuboku turnirində qələbə uğrunda səkkiz komanda mübarizə aparacaq. Rəqiblər ilkin mərhələdə iki qrupa bölünəcəklər. “A” qrupunda Rusiya, Yeni Zelandiya, Portuqaliya  və Meksika  komandaları çıxış edəcəklər. “B” qrupuna  isə Almaniya, Çili, Avstraliya və Kamerun  yığmaları daxildirlər.

İyunun 17-19-na  təyin edilmiş birinci  turda azarkeşlər Rusiya – Yeni  Zelandiya, Portuqaliya – Meksika, Kamerun – Çili  və Avstralya  – Almaniya görüşlərini izləmək imkanı  qazanacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında