Sumqayıtda İslamiada qalibləri ilə görüş

Ötən ay ölkəmizin paytaxtında keçirilmiş “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Sumqayıtdan 18 idmançı iştirak edib. Onlar yarışlarda ümumilikdə 13 medal qazanıblar.

İdmançılarla keçirilən görüş zamanı onları İslamiadada qazanılmış qələbələr münasibətilə təbrik edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, oyunların yekunlarına görə, Azərbaycan yığması 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanmaqla ümumi hesabda 1-ci yeri tutub. Sumqayıt üçün sevindirici haldır ki, bu oyunlarda şəhər idmançıları 3 qızıl, 3 gümüş və 7 bürünc medal əldə ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin idmançılara xüsusi qayğı ilə yanaşması, müasir idman qurğularının, bölgələrdə Olimpiya idman komplekslərinin tikilməsi təmsilçilərimizin Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər mötəbər   yarışlarda parlaq qələbələr qazanmasına zəmin yaradır. Ölkəmizin möhtəşəm idman yarışlarına ev sahibliyi etməsi də məhz Azərbaycanın inkişafı, müasir idman infrastrukturu və təhlükəsiz ölkə olmasını bütün dünyaya göstərir.   

Sonra çıxış edən tədbir iştirakçıları idmançılara göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında fərqlənmiş idmançılara və onların məşqçilərinə fəxri fərman və mükafatlar təqdim olunub.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında