Futbolçularımız “BELA CUP”da bürünc medal qazanıblar

Belarusun Qrodno şəhərində “BELA CUP” adlı beynəlxalq futbol turniri keçirilib. Yarışlarda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan və qızlardan ibarət ikinci yığma komandaları da iştirak ediblər.

Oğlanlardan ibarət ­yığma komandamız ­turnirin I güclü divizionunun yarımfinal və final mərhələlərində Rusiyanın birinci yığma komandasına 0:5, ikinci yığmasına isə 0:3 hesabı ilə məğlub olub. Belarusa 2:0 və Estoniyaya 2:1 hesabı ilə qalib gələn millimiz turnirin bürünc medalına sahib olub.

Qızlardan ibarət millimiz birinci güclü divizionun yarımfinal və final mərhələsində Rusiyaya 0:8, Danimarkaya 1:5 hesabı ilə uduzub. Qızlarımız Litva yığma komandasına 3:1, Belarus kollektivinə isə 2:1 hesabı ilə qalib gələrək oğlanlardan ibarət millimizin nəticəsini təkrarlayaraq bürünc medal qazanıblar.

Oğlanlardan ibarət birinci yığma komandamız hazırda hazırlıq mərhələsi keçir və cari il iyulun 15-20-də İsveçdə keçiriləcək “Cothia Cup” beynəlxalq futbol turnirində iştirak edəcək.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında