Liderlər qrupunda

Minskdə 400-ə qədər şahmatçının iştirakı ilə keçirilən kişilər arasında 18-ci Avropa çempionatının ilk dörd turunda Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Arkadi Naydiç göstərmişdir.

O üç görüşdə qələbə, bir oyunda heç-heçə sayəsində 3,5 xal toplamışdır. Naydiç onunla eyni nəticə göstərən daha 17 iştirakçı ilə 2-19-cu yerləri bölüşdürür.

Dörd turdan sonra Azərbaycanın digər şahmatçılarından Rauf Məmmədov və Nicat Abasovun hərəyə 3 xalı vardır. Turnir cədvəlinə ukraynalı qrossmeyster Yuri Kuzubov başçılıq edir. Lider keçirdiyi dörd görüşün hamısından qalib ayrılmışdır.

On bir turdan ibarət turnirdə dünən axşam beşinci turun görüşləri oynanılmışdır. Çempionatda 1–22-ci yerləri tutan şahmatçılar sentyabrda Gürcüstanda keçiriləcək Dünya kuboku turnirinə vəsiqə qazanacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında