Şəhriyar Məmmədyarov – 2800!

Rəsmən təsdiqlənib – Azərbaycanda şahmatın bütün tarixi ərzində ilk dəfə olaraq həmvətənimizin reytinq göstəricisi 2800 həddinə çatmışdır.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2017-ci il iyunun 1-nə olan vəziyyətə görə açıqladığı reytinq cədvəlində Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarovun göstəricisinin məhz 2800 olduğu bildirilir. Qrossmeysterimiz bu göstəriciyə görə dünyada beşincidir və yalnız norveçli Maqnus Karlsen (2831), ABŞ təmsilçisi Uesli So (2812), rusiyalı Vladimir Kramnik (2808) və Fabiano Karuanadan (ABŞ, 2805) geri qalır.

Ş. Məmmədyarov indiki yüksək reytinq göstəricisinə son bir ayda Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən superturnirdə, Soçidə “Sibir” komandası heyətində Rusiyanın klub çempionatında və Moskvada FİDE-nin “Qran-Pri” yarışları seriyasından ikinci mərhələ turnirində uğurlu çıxışları sayəsində nail olmuşdur.

Azərbaycan milli komandasının digər üzvlərindən dünyanın ən yaxşı yüz şahmatçısının siyahısında T. Rəcəbov (2724) 28-ci, Arkadi Naydiç (2710) 37-ci, Rauf Məmmədov (2689) 58-ci və Eltac Səfərli (2658) 97-ci mövqedədirlər.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında