Azərbaycan və Hollandiya

Bakı İdman Sarayında keçirilən qadın voleybol komandaları arasında dünya çempionatı seçmə yarışlarının ikinci mərhələsinin ilk iki turunda ən yaxşı nəticəni Azərbaycan və Hollandiya yığmaları göstərmişlər.

Millimiz turnirə Norveç və Ukrayna voleybolçuları üzərində qələbələrlə başlamış (hər iki oyunda hesab 3:0 olmuşdur), hollandlar da öz növbələrində Danimarka və Norveç komandaları üzərində həmin hesabla qələbə qazanmışlar.

Liderlər iki turda hərəyə 6 xal toplamışlar. Üçüncü-dördüncü pillələrdə irəliləyən Ukrayna və İsrailin 3 xalı var. Norveç və Danimarka yığmaları isə start turlarında xal qazana bilməmişlər.

Dünən axşam üçüncü turun oyunları keçirilmişdir. Bu turda Norveç–Ukrayna, Azərbaycan–Danimarka və İsrail–Hollandiya görüşləri oynanılmışdır.

Qeyd edək ki, turnirin qalibi dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibi isə bu hüquq uğrunda pley-off görüşlərində mübarizə aparacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında