“Bakı-2017” tarixə həm möhtəşəm idman bayramı, həm də birlik və dostluğun təntənəsi kimi yazıldı”

“Azərbaycan dünya idman tarixinin inkişafına zəngin töhfələr verməkdə davam edir. Bu yaxınlarda ölkəmizdə dörd qitədən 54 müsəlman ölkəsinin 3000-dən çox təmsilçisinin mübarizə apardığı IV İslam Həmrəyliyi Oyunları keçirildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Oyunların Təşkilat Komitəsi bu mötəbər yarışların ən yüksək səviyyədə təşkilinə nail oldu.

 “Bakı-2017” tarixə həm möhtəşəm idman bayramı, həm də birlik və dostluğun təntənəsi kimi yazıldı. Möhtəşəm Bakı Olimpiya Stadionunda IV İslamiadanın açılış, bağlanış mərasimləri, eləcə də ən müasir standartlara cavab verən idman arenalarında yarışların yüksək səviyyədə təşkili biz idman veteranlarında qürur hissi yaratdı. Müstəqil Azərbaycan belə mötəbər yarışlara ən yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu dünyaya bir daha göstərdi. Yarış günlərində müsəlman dövlətlərinin idmançıları, nümayəndə heyətləri, yarışları izləməyə gəlmiş qonaqlar ölkəmizlə, xalqımızın adət-ənənələri ilə yaxından tanış olmağa imkan tapdılar və  bu tanışlıqdan məmnun oldular”.

Bu sözləri qəzetimizə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti, yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Əməkdar bədən tərbiyəsi və idman ustası Şahin Əliyev dedi. O, dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycanda bütün sahələrin, eləcə də idmanın yüksək səviyyədə inkişaf etdiyini dedi: “Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət idman siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə, eləcə də idmanda bir-birini əvəz edən nailiyyətlər xalqımızın qürur mənbəyinə çevrilib. Bu gün Azərbaycana qədəm basan hər kəs ölkəmizdə bu cür inkişafın şahidi olur, xalqımıza qibtə edir. Ancaq güclü ölkələrdə idman inkişaf edə bilər və Azərbaycanın da dünyada həm də idman ölkələrindən biri kimi tanınması təsadüfi deyil. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, hərtərəfli inkişafı üçün həyata keçirilən tədbirlər bəhrəsini verir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da idmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması gənc idmançı nəslinin yetişməsini təmin edib və onlar dünyanın ən nüfuzlu idman yarışlarında ölkəmizi layiqincə təmsil edirlər. Bütün bunlar Azərbaycanda idman sahəsinə diqqət və qayğının nə qədər yüksək olduğunu göstərir”.

Şahin Əliyev İslamiadada yığmamızın parlaq qələbəyə imza atdığını bildirdi: “Bu yarışlarda güləşçilərimizin böyük nailiyyətlərini xüsusi vurğulamaq istəyirəm. Yunan-Roma güləşi, sərbəst güləş, eləcə də qadın güləşi üzrə yığmalarımız birinci oldular. Demək olar ki, bütün idman növlərində – boks, cüdo, taekvando, atletika, eləcə də komanda idman növlərində və s. atletlərimiz parlaq nəticələri ilə dünyaya səs saldılar. Rio Olimpiadasında Azərbaycan komandasının əldə etdiyi qələbə bu mötəbər yarışlarda da öz təsdiqini tapdı. İlk Avropa Oyunlarında da komandmız ölkəmizi yüksək səviyyədə təmsil etmişdi. Əminik ki, Azərbaycan idmanı daha yüksək zirvələr fəth edəcək”.

Söhbəti qələmə aldı:
 Leyla QURBANOVA,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında