Qrossmeysterlərimiz Minskdə

Dünən Belarus Respublikasının paytaxtında kişilər arasında şahmat üzrə 18-ci Avropa çempionatında ilk görüşlər oynanılmışdır. Qitə çempionatında təkcə medalların sahibləri müəyyənləşməyəcək, həm də sentyabrda Gürcüstanda təşkil ediləcək Dünya kuboku yarışına 22 vəsiqənin taleyi həll olunacaq (bu vəsiqələri 1–22-ci yerləri tutan şahmatçılar qazanacaqlar).

Otuz səkkiz ölkədən 398 rəqibin, o cümlədən 183 qrossmeysterin çıxış edtiyi çempionat iştirakçılarından beş nəfəri Azərbaycan təmsilçiləri Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abasovdur.

İsveçrə sistemi üzrə keçirilib 11 turdan ibarət olan Avropa çempionatına iyunun 10-da yekun vurulacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında