“Bakıya bir daha qayıtmaq istərdim”

Suriya yığma komandasına Bakı yarışlarında ilk qızıl medalı ən yüngül çəkidə (46-49 kiloqram) boksçu Hussin Almasri qazandırıb – final döyüşündə o, İraq dəri əlcək ustası Həsən Nasirlə qarşılaşıb. Müdafiədə etibarlı, hücumda aqressiv təsir bağışlayan Suriya boksçusu hakimlərin yekdil qərarı ilə çempion olub.

Hussin Almasri Bakı təəssüratları barədə deyib ki, IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilmişdi. Mən bu işdə zəhməti olan hər kəsə, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etmək istəyirəm.

Oyunların Təşkilat Komitəsi əzmkar, yorulmaz və gərgin fəaliyyəti ilə bu idman yarışının qüsursuz keçirilməsi üçün əlindən gələn hər şeyi etdi. Bütün bunlar dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanın uğurlu inkişafının göstəricisidir.

Azərbaycanda ilk dəfə olduğunu xatırladan suriyalı boksçu Hussin Almasri ölkəmizi çox bəyəndiyini də bildirib: “Bura gəlməzdən əvvəl insanlarınızın necə olduğu haqqında təsəvvürüm yox idi. Ancaq gördüm ki, insanlar çox mehriban, qonaqpərvərdirlər, daim sənə kömək etməyə çalışırlar. Azərbaycana qədəm basdığım ilk andan özümü çox yaxşı hiss etməyə başladım”.

Daha sonra Hussin Almasri bu nüfuzlu idman yarışında qazandığı qızıl medalla fəxr etdiyini, Bakıya bir daha qayıtmaq arzusunu dilə gətirib.

Söhbəti hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında