“Anadolu” agentliyi: Bakı İslamiadası müsəlman birliyinə böyük töhfə verdi

Türkiyənin nüfuzlu “Anadolu” agentliyi Azərbaycan paytaxtında keçirilən IV İslam Həmrəyliyi Oyunları barədə vaxtaşırı maraqlı reportaj, şərhlər yayımlayıb. Dünən agentlik bu tədbir haqqında “Bakıda uğurla başa çatan IV İslamiada müsəlman ölkələrinin birliyinə böyük töhfə verdi” sərlövhəli yeni şərh hazırlayıb. 

Şərhdə qeyd olunur ki, qadın güləşçilər  arasında 75 kiloqram çəki dərəcəsi üzrə birinci yeri tutmuş türkiyəli idmançı Yasəmən Adar agentliyin müxbirinə bildirib ki, onun qələbəsi İslamiadanın son, bağlanış gününə düşüb və  xoşbəxtdir ki, həmin gün birinci yeri tutduğu üçün Bakıdakı möhtəşəm Olimpiya stadionunda Türkiyənin dövlət himni təntənəli surətdə səsləndirilib. Yasəmən Adar fəxrlə deyib ki, o, qələbə qazandığı anlarda tamaşaçılar qarşısında Türkiyə və Azərbaycan dövlətlərinin bayraqlarını böyük həvəslə başı üzərinə qaldıraraq dalğalandırıb. 

Yasəmən Adar sonra bu sözləri deyib: “Bakıda Oyunlar çox yüksək səviyyədə təşkil olunmuşdu.  Bakı sakinləri çox səmimi, qonaqpərvər insanlardır. Burada bir sıra müsəlman ölkələrindən olan çox sayda idmançılarla yaxından tanış oldum. Onların, demək olar ki,  hamısı yarışların təşkilindən razılıq edirdilər. Mən hesab edirəm ki, müsəlman ölkələri birləşərək çox şey əldə edə bilərlər”. 

Yasəmən Adar sonra 2020-ci ildə keçiriləcək Tokio Olimpiadsına ciddi hazırlaşacağını bildirib.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında