Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı yeni stadionudur

Bu günlərdə Qətərin paytaxtı Doha şəhərində keçirilən  Dünya Stadionlar Konqresinin sonunda dünyanın ən yaxşı stadionları müxtəlif nominasiyalar üzrə təltif edilib. Bakı Olimpiya Stadionu "Dünyanın ən yaxşı yeni stadionu" adına layiq görülüb və bu, bizim üçün fərəhli xəbərdir.

Müxtəlif kateqoriyalar üzrə Moskva VTB Arena, Barselona Kamp Nou, Aşqabad Olimpiya Stadionu və BƏƏ-nin Həzza Bin Zayed stadionu da mükafata layiq görülüb.

Səsvermənin münsifləri məşhur tikinti ekspertləri Filip Herpel, Mark Fenvik və Kris Dayt olub.

Azərbaycanın  ən böyük stadionu Bakı Olimpiya Stadionu  beynəlxalq standartlara uyğun dizayn edilib və tikilib.  Burada  tamaşaçılar üçün hər cür şərait yaradılıb. Bu cür infrastruktur layihələrinin icrası ölkəmizdə  idmana, Olimpiya hərəkatına dəstəyin  dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu göstərir.  İki il əvvəl dünya  mediasında hələ də  yüksək səviyyədə işıqlandırılan birinci  Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda keçirilmişdi.

Həmin mərasimlər zamanı hamı stadiondan böyük zövq almışdı.

Paytaxtımızda yenicə başa çatmış IV İslam Həmrəyliyi  Oyunlarının açılış və bağlanış mərasimləri də  Bakı Olimpiya Stadionunda böyük müvəffəqiyyətlə keçirildi. Oyunlar  bir daha göstərdi ki,  ölkəmizdə mötəbər idman  tədbirlərinə  hazırlıq  işləri yüksək səviyyədə həyata keçirilir və  Bakı Olimpiya Stadionunun bütün beynəlxalq standartlara tam cavab verir.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında