Aleksandr Karelin: İslamiadanın təşkilatçılarına afərin!

Mayın 23-də “Vestnik Kavkaza” portalının bu başlıq altında yaydığı xəbərdə bildirilirdi ki, dünən axşam Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi olmuşdur. Oyunlarda 54 ölkə iştirak etmiş, yarışların qalibi isə 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanan Azərbaycan komandası olmuşdur.

Yunan-Roma güləşi üzrə üçqat Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Karelin etiraf edib ki, İslamiadanın gedişini maraqla izləmişdir: “Mən heyətlərlə tanış olur, proqramın, o cümlədən yarışların işıqlandırılması proqramının  necə formalaşdırıldığını izləyirdim. Ona görə ki, yarışların təşkili sahəsində təcrübəsi olan bir insan kimi komandaların məzhəb əlamətinə görə necə fərqləndirildiyi mənim üçün çox maraqlıdır. Bütün bunların hamısı ahəngdar şəkildə idi, bu zaman ənənəvi olaraq İslam ərazilərində yaşamaqla başqa məzhəbə xidmət edənlərin hisslərinə toxunulmamışdı. Məncə, hər şey çox yaxşı ölçülüb biçilmişdi”.

Aleksandr Karelin Oyunların təşkilatçısı kimi Azərbaycanın xidmətlərini xüsusi qeyd etmişdir. Afərin, hər şeyi çox sivil şəkildə yerinə yetirmişdilər. Aydındır ki, həm də Məhəmməd peyğəmbərin davamçılarının, o cümlədən yarışları işıqlandıranların davranışlarını nəzərdə tutan zəruri məhdudiyyətlərlə. Mən bunları izləyirdim. Oyunların nəticələri də qanunauyğundur. Demək olmaz ki, orada kiməsə layiq olmadığı qələbə verilib.

Hazırladı:
O.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında