Nazim Hüseynov: IV İslamiada dünyanın ən önəmli idman hadisələrindən birinə çevrildi

“Azərbaycan ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməklə dünya idmanı tarixinə daha bir parlaq səhifə yazdı. Yarışların keçirildiyi 10 gün ərzində İslam dünyasının idman potensialının üzə çıxarılması üçün geniş imkanlar yaradıldı. Oyunlar bir-birindən gözəl və müasir üslubda inşa edilmiş idman arenalarında baş tutdu”, – bu sözləri qəzetimizə Olimpiya çempionu Nazim Hüseynov dedi.

Dünya şöhrətli cüdo ustası Oyunlarda Azərbaycan komandasının böyük qələbəyə imza atdığını da qeyd etdi: “Komandamız yarışlarda fantastik nəticə qazandı, bu mötəbər Oyunların qalibi oldu. Dövlətin diqqət və qayğısı sayəsində bu sahə özünün ən yüksək zirvəsində olduğunu bir daha sübut etdi. IV İslamiadada cüdoçularımızın yüksək səviyyədə çıxışını xüsusi vurğulamaq istəyirəm.

Bildiyiniz kimi, cüdo yığmamız son iki ildə çox gözəl nəticələr əldə edir. Cüdo Federasiyasının rəhbərliyi tərəfindən tatami ustalarımızın hazırlığının artırılması üçün görülən işlər, həyata keçirilən tədbirlər xüsusilə diqqətəlayiqdir. Rio Yay Olimpiya Oyunlarında da tatami ustalarımız böyük nailiyyətlər qazanmışdılar. Buna görə də IV İslamiadada da cüdo yığmamızdan yalnız qələbə gözləyirdik. Tatami ustalarımız idman ictimaiyyətinə, xalqımıza qələbə sevinci yaşatdılar. Sevinirik ki, Azərbaycan artıq müsəlman dünyasının ən güclü idman, o cümlədən cüdo ölkəsidir”.

Olimpiya çempionu onu da qeyd etdi ki, IV İslamiada yarışları auditoriyasının genişliyinə görə də böyük maraq doğurub: “Ölkəmizin ev sahibliyi ilə keçirilən bu mötəbər yarışlar beynəlxalq arenada böyük maraqla qarşılanıb və onun izləyicilərinin sayı 1 milyarddan çox olub. IV İslamiada dünyanın ən önəmli idman hadisələrindən birinə çevrildi”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında