İran idmançıları bu yarışda 60-dan çox medal qazanıblar

İranın İRNA xəbər agentliyi IV İslam Həmrəyliyi Oyunlarının gedişini diqqət mərkəzində saxlayıb. Adı çəkilən agentlik Bakıda keçirilən bu beynəlxalq idman tədbiri haqqında qeyd edib ki, İran idmançıları bu yarışlarda 60-dan çox medal qazanıblar. Atletlər idmanın ağırlıqqaldırma, atıcılıq, cüdo, karate, gimnastika növlərində fərqləniblər. 

Həmçinin, diqqətə çatdırılıb ki, 54 ölkənin idmançılarının qatıldığı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Yarışların keçirildiyi bütün idman arenaları müasir standartlara cavab verir. İdmançıların asudə vaxtları səmərəli təşkil edilib. Onlar Bakının gözəl yerləri ilə tanış olublar. 

İranın “Mehr” xəbər agentliyi isə Bakı haqqında fotosessiya təqdim edib. “IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi məkan” mövzusunda təqdim olunan fotosessiyada paytaxtımızın müxtəlif gözəl məkanları əks olunub.

Qeyd olunub ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı 20 idman növü üzrə mübarizə aparıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında