“Qızıl medal qazanmağımla qürur duyuram”

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən İran idmançısı, 84 kiloqram çəki dərəcəsində karate üzrə qızıl medal mükafatçısı Səyyad Gənczadə deyib ki, bu mötəbər yarış yüksək səviyyədə təşkil olunmuşdu. Bütün hakimlər ədalətli qərarlar verirdi. Ona görə də belə beynəlxalq idman tədbirində qızıl medal qazanmağımla qürur duyuram.  

O qeyd edib ki, yarışları başa vurduqdan sonra Bakını gəzib və gördükləri heyranlıq doğurur. Qədimliklə müasirliyi birləşdirən paytaxt Bakı hər kəsin diqqətini özünə çəkir. Zövqlə tikilmiş və qeyri-adi arxitekturaya malik binalar möhtəşəmliyi ilə seçilir. Şəhərin təmiz havası var. Buradakı qonaqpərvərlik, insanların səmimiyyəti ilk addımdan nəzərə çarpır. 

Səyyad Gənczadə söhbət zamanı onu da bildirib ki, respublikada idmanın inkişafı üçün güclü potensial yaradılıb. Elə buna görə də Azərbaycan idmançıları tərəfindən IV İslam Həmrəyliyi Oyunlarında  çox yüksək nəticələr əldə edilib.   

İran idmançısı, həmçinin xatırladıb ki, İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri üçün çox önəmlidir. Oyunlar zamanı 50-dən çox ölkə bir araya gəlmişdi. Burada əsas məqsədlərdən biri İslam ölkələrini birliyə, sülhə, əməkdaşlığa səsləmək idi. Bu Oyunların daha maraqlı cəhəti o idi ki, yarışlarda xeyli sayda qadın idmançılar da iştirak edirdi. Avropada isə əksər hallarda düşünürlər ki, İslam ölkələrində xanım idmançılar yarışlardan kənarda saxlanılır. Bu baxımdan, Bakıya çoxlu sayda xanım idmançının gəlməsi böyük maraq doğururdu. Bu, eyni zamanda, respublikada gender bərabərliyinin mövcudluğundan xəbər verirdi. 

Oyunların başlıca fərqli cəhətlərindən bir də Azərbaycan xalqının xeyirxahlığının və qonaqpərvərliyinin, zəngin mədəni irsinin nümayiş etdirilməsi oldu. Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar xalqınıza məxsus keyfiyyətlərdir. 

Beləliklə, İslam Oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində atılan daha bir addım olmaqla bərabər, həm də İslam dəyərlərinə sadiqliyinin sübutuna çevrildi.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında