Mahir ƏMİRASLANOV: Komandamıza ilk qızıl medalı qazandırmaqdan qürur duyuram

IV İslam Həmrəyli Oyunları ərəfəsində Olimpiya İdman Liseyində bu məktəbin yetirmələri olan Olimpiya, dünya və Avropa çempionları ilə keçirilən görüşdə güləşçi Mahir Əmiraslanov də iştirak edirdi. Liseyin yetirməsi kimi şagirdlərdən birinin  “İslamidada neçənci yer uğrunda mübarizə aparacağın barədə fikirləşmisənmi?” sualına Mahir düşünmədən: “Əlbəttə, çempion olmaq istəyirəm. İnanıram ki, buna nail olacağam”– cavabını vermişdi. 

Avropa və dünya çempionatlarının mükafatçısı Mahir Əmiraslanov İslamiadanın qızıl medalını almaq üçün gərgin məşq edirdi. Doğma Vətənində, qohumlarının, yaxınlarının, azərkeşlərinin gözləri önündə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq onun üçün çox vacib idi. Bundan başqa, görürdü ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev  də ailə üzvləri ilə birlikdə yarışları  izləyir, qalibləri şəxsən təbrik edir. Bu da idmançılar üçün unudulmaz xatirədir. Ona görə də yalnız çempionluq barədə düşünürdü. Məşqçiləri  də onda inam yaratmışdılar.

“Finalda qazaxıstanlı güləşçi Jandos İsmailovla xalça üzərində üz-üzə gələndə fikirləşdim ki, qızıl medalın bir addımlığındayam. O da güclü, tanınmış güləşçi idi. Bilirdim ki, mübarizə gərgin olacaq, ancaq geriyə yol yox idi. Çempionluq zirvəsinə yüksəlmək ən böyük arzum idi. Bir də ki, qazanacağım qızıl medal sərbəst güləş komandamıza ilk qızıl sevinci bəxş edəcəkdi. Mən buna çətinliklə də olsa, nail oldum və 5:4 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandım”.

Mahirin sözlərinə görə, bu mükafat onun üçün 2 qat sevincli olub. Çünki qızıl medalı ona Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, xanım Mehriban Əliyeva təqdim edib.Çempion bizimlə söhbətində bildirdi ki, qarşıda onu daha məsul yarışlar gözləyir: “Əslində, İV İslam Həmrəyliyi Oyunları digər beynəlxalq yarışlardan bir o qədər də fərqlənmir. Bu Oyunlarda 54 ölkənin idmançısının iştirakı da bunu təsdiqləyir. Bütün bunlara baxmayaraq, “qızıl pilləni” əldən verməmək üçün məşqləri davam etdirməliyəm.”

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında