Bakıda birlik, bərabərlik duyğusu bizi həyəcanlandırdı

Azərbaycanın ev sahibliyi etdiyi daha bir beynəlxalq tədbir – “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları uğurla başlayıb möhtəşəm sonluqla da yekunlaşdı. İslamiada çərçivəsində keçirilən bu yarış bir-birindən maraqlı mübarizələrlə yadda qaldı.

Kişilər arasında dairəvi stend üzrə yarışa da azarkeşlər böyük maraq göstərdilər. Bu yarışda qızıl medalı Səudiyyə Ərəbistanı idmançısı Said Al-Mutairi aktivinə yazdırdı. İkinci və üçüncü yerlərə isə Birləşmiş Ərəb Əmirliklərinin idmançıları Şeyx Səid Al-Maktum və Səif Bin Futais sahib oldular.

Said Al-Mutairi bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının təşkilini öhdəsinə götürmüş Azərbaycan bu tələblərə yüksək səviyyədə cavab verdi. Ona görə ki, Azərbaycan kifayət qədər güclü idman potensialına, bu sahədə böyük təcrübəyə malikdir, idmançıları beynəlxalq turnirlərdə nailiyyətləri ilə tanınıb.

Said Al-Mutairi, həmçinin onu da vurğulayıb ki,  Azərbaycan gənc müstəqil dövlət olmasına, sabit inkişaf yoluna çıxmaq üçün çoxsaylı çətinliklərə, ilk növbədə xarici hərbi təcavüzə məruz qalmasına, ərazisinin böyük bir hissəsinin işğal edilməsinə, bir milyondan çox vətəndaşının yurd-yuvasını itirməsinə baxmayaraq, tarixən qısa müddət ərzində dünya birliyində layiqli yer tutub, özünü hörmətə layiq dövlət kimi təsdiqləməyə müvəffəq olub.  

Müstəqil Azərbaycanın rəhbərliyi məhz bu prinsipdən çıxış edərək hazırda bədən tərbiyəsi və idmanın inkişafını daim diqqət mərkəzində saxlayır, millətin gələcəyi olan gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsinə dövlətin prioritet fəaliyyət istiqaməti kimi mühüm önəm verir. İlk növbədə idmanın maddi-texniki bazasının müasir tələblər səviyyəsində möhkəmləndirilməsinə diqqət yetirir. Nəticə göz önündədir. Təkcə paytaxt Bakıda gördüklərimiz bunun bariz ifadəsidir.  Müasir tipli olimpiya – idman kompleksləri, stadionlar, voleybol və basketbol arenaları, tennis kortları, şahmat məktəbləri və s. beynəlxalq normalara tam cavab verir.  

Bakı heyrətamiz şəhərdir, maraqlı və gəzməli yerləri var. IV İslam Həmrəyliyi Oyunlarının burada keçirilməsi çox xoş oldu. Bu Oyunlarda iştirak etdiyimə görə özümü xoşbəxt hiss edirəm. Yarışların keçirildiyi məkanlarda atletlər üçün bütün zəruri şərait yaradılmışdı. İstər isinmə, istər yuyunma, istərsə də istirahət yerlərində hər bir məsələ bütün incəliklərinə qədər nəzərə alınmışdı. Oyunların yüksək səviyyədə təşkilinə görə təşkilatçılara da təşəkkürümü bildirirəm.

Sonda demək istərdim ki, Azərbaycan İslamiadaya ev sahibliyi etməklə dünyada insanpərvərliyin, bərabərliyin olmasına böyük töhfə verdi. Bu cür beynəlxalq tədbir, eyni zamanda, dünya ölkələri tərəfindən də alqışla qarşılandı. Çünki bu, insanları bir araya gətirmişdi, sülhün, əmin-amanlığın hər şeydən yüksəkdə olduğunu nümayiş etdirirdi.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında