O, hələ neçə “qızıl zirvələr” fəth edəcək

IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan  ən gənc idmançılardan biri də 19 yaşlı güləşçimiz Leyla Qurbanovadır. O gənc olmasına baxmayarq, artıq idman aləmində kifayət qədər tanınıb. Son illər qazandığı uğurlar da bunu təsdiqləyir. O, ilk ciddi uğurunu  2014-cü ildə qazanıb. L.Qurbanova gənclər arasında Avropa çempionu olduqdan sonra elə həmin il yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına layiq görülüb.

Bir il sonra yeniyetmələr arasında Avropa ikinci olan güləşçimiz yeniyetmələr, sonra isə gənclər arasında dünya çempionu adını qazanaraq, öz çəkisində rəqib tanımadığını bir daha təsdiqləmişdi. Dünya birinciliyində 52 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finala qədər ABŞ, Yaponiya, Polşa və Hindistan idmançıları üzərində qələbə qazanmış, finalda isə Rusiyadan olan güclü rəqibini vaxtından əvvəl məğlubiyyətə uğratmışdır. Bundan sonra keçirilən beynəlxalq turnirlərdə də Leyla  öz çəki dərəcəsində ən güclü olduğunu dəfələrlə təsdiqləmişdi.

IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala namizəd olan idmançılar arasında məşqçilərin böyük ümid bəslədiyi güləşçilərdən biri də Leyla Qurbanova idi. O, bu yarışda da qızıl medal alaraq ümidləri doğrultdu.

Onunla əlaqə saxlayıb qələbə münasibətilə təbrik etdik. Sevincinin həddi-hüdudu yox idi. Dedi ki, mənim üçün ən böyük şərəf bayrağımızın digər dövlətlərin bayraqları sırasında ən yüksəyə qaldırılmasıdır. Hər dəfə fəxri kürsünün “qızıl zirvə”sinə qalxanda  və  dövlət himnimizin səsləndirilməsini eşidəndə  qürur hissi keçirirəm: “ Bu yaşımda beynəlxalq miqyaslı yarışlarda mükafat qazanmağımın əsas səbəbi güləşə  olan marağımla yanaşı, ölkəmizdə idmana və idmançılara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdır. Bu, bizi daha da  ruhlandırır. Mən güləş komandamızın üzvləri arasında ən gəncəm. Məşqçilərim mənə böyük ümidlər bəsləyirlər. Mən də onların ümidlərini doğrultmaq üçün verdikləri hər bir tapşırığı sona qədər yerinə yetirirəm. Ən böyük arzum qarşıdan gələn mötəbər yarışlarda da qızıl qazanıb Azərbaycanın bayrağını qaldırmaq və dövlət himnimizin səsləndirilməsinə nail olmaqdır”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında