Ufuk Arman: İslam Həmrəyliyi Oyunları barədə təəssüratlarımız olduqca zəngindir

Bakı İslamiadası başa çatdı. İslam dünyası üçün möhtəşəm idman tədbiri sayılan IV İslam Həmrəyliyi Oyunları da bir daha göstərdi ki, Azərbaycan qarşıya qoyulan istənilən  vəzifəni ləyaqətlə yerinə yetirmək, ev sahibliyi missiyasını böyük şərəflə reallaşdırmaq gücündədir.

I Avropa Oyunları kimi, IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçdi. Bununla bağlı Bakıda qonaq olan xarici atletlərin həm ölkəmiz, həm də İslam Həmrəyliyi Oyunları barədə təəssüratları olduqca zəngindir. Türkiyə Ovçuluq və Atıcılıq Federasiyasının rəhbəri Ufuk Arman bildirdi:

– Bu cür möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Buradakı birlik, bərabərlik duyğusu məni, eləcə də bütün atletləri məmnun etdi.

Ufuk Arman vurğuladı ki, atıcılıq yarışları üçün əvvəllər də Azərbaycana gəliblər. Burada yarışları təşkil edən çox təcrübəli bir komanda çalışır. Təchizat yüksək səviyyədədir. Azərbaycanın təcrübəsindən biz də yararlanırıq.

 İslam Həmrəyliyi Oyunlarına 19 idmançı ilə qatılmışdıq. Onu da xatırladım ki, bu Oyunları önəmli saydığımız üçün Bakıda çox güclü bir komanda ilə çıxış edirdik. İdmançılarımızın uğurları da sevindiricidir, 10-dan çox medalımız var.

Burada yarışların dostcasına, qardaşcasına keçirilməsi bizi çox həyəcanlandırdı. Azərbaycan xalqından isti, xoş münasibət gördük. Ona görə də Bakıda özümüzü evimizdəki kimi hiss etdik. Özü də bu münasibəti Azərbaycana hər səfərimizdə görmüşük. Bu dəfə də istiqanlılığın şahidi olduq. Bakıda birlik, bərabərlik duyğusu bizi daha da məmnun etdi.

Azərbaycanın idman tədbirlərinin təşkili sahəsində çox yaxşı təcrübəsi var. Ona görə bu Oyunlar zamanı heç bir narahatlıq yaşanmadı. Yarışların keçirildiyi məkanlarda atletlər üçün yaradılan şəraitdən razı qaldıq. İnsanlar arasında səmimiyyət, qonaqpərvərlik, yüksək mədəniyyət gördük. Özümüzü yad yerdə hiss etmədik. Atletlər kəndində hər bir iş çox yüksək şəkildə hazırlanmışdı. İdmançıların qarşılanması, yerləşdirilməsi və arenalara daşınması diqqət mərkəzində saxlanılırdı. Burada hamı özünü rahat və təhlükəsiz hiss edirdi. Otaqların təmizliyi, yüksək xidmət ürəyimizcə idi. Hava limanında qarşılandığımız andan bu günə qədər heç bir problemlə üzləşmədik. Təhlükəsiz və sakit bir qardaş şəhərində olmağımızdan qürur hissi keçirdik. Bu, Azərbaycan haqqında müsbət təsəvvürlərimizi daha da genişləndirdi.

Türkiyəli atlet söhbətinin sonunda dedi: – Bu Oyunlar Azərbaycanı dünyanın bir çox ölkələri ilə daha da yaxınlaşdıracaq. Azərbaycan İslamiadaya ev sahibliyi etməklə dünyada sülhün, bərabərliyin olmasına mühüm töhfə verdi. Bu cür beynəlxalq tədbir dünya ölkələri tərəfindən də alqışlandı, insanları bir araya gətirdi, həmrəylik, birlik, sülh duyğularını daha da gücləndirdi.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında