Elnarə Abbasova: Mübarizə asan olmadı

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri ölkəmizə müxtəlif əyarlı medallar qazandırdılar. Yarışlarda ağır atletika üzrə bürünc mükafat qazanmış Elnarə Abbasova təəssüratını bizimlə bölüşüb:

– Hədəfim qızıl olsa da, qismətim bürünc oldu. Təəssüflənmirəm. Çünki nəticədən razıyam və Tanrıya şükr edirəm. Düşünəndə ki, bu, təkcə mənim yox, həm də ölkəmin medalıdır, onda özümə inamım daha da artır.

E.Abbasova qeyd edib ki, yarışda kifayət qədər güclü idmançılar təmsil olunub: – Rəqiblərimiz çox güclü idilər. Müsəlman ölkələrinin təmsilçiləri ağır atletika idman növündə həmişə yaxşı nəticələr göstərirlər. Bakıya da güclü idmançılar gəlmişdi. Mübarizə asan olmadı.

Uğur əldə etməyində ona şərait yaratdığına görə dövlətimizə təşəkkür edən E. Abbasova bu işdə dəstək olan valideynlərini, məşqçilərini, federasiya rəhbərliyini də unutmadı: – Mənim uğurumda əziyyəti olan hər kəsin qarşısında baş əyirəm.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında