Fəridə Əzizova: Böyük qələbələrim hələ qabaqdadır

IV İslam Həmrəyliyi Oyunlarının taekvando üzrə gümüş medalçısı Fəridə Əzizova yarışlar haqqında təəssüratlarını “Xalq qəzeti” ilə bölüşdü.

– Təbrik edirəm, gümüş medal ­qazandın. Rəqiblərin haqqında nə deyə bilərsən?

– Finalda görüşdüyüm rəqibim türkiyəli idmançı Nur Tatar idi. Biz dəfələrlə mötəbər idman yarışlarında rəqib olmuşuq. Artıq bir-birimizin taktiki gedişlərini gözəl bilirik. Lakin, təəssüf ki, bu dəfə zədələrim olduğuna görə rəqibə dəqiq zərbə endirə bilmirdim. Ona görə də İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı oldum. Əsas odur ki, Vətənimə daha bir medal qazandırdım. Hələ 22 yaşım var. Daha uğurlu nəticələr əldə etmək üçün vaxtım var. Qarşıdan dünya çempionatı gəlir. Bu yarışa hazırlaşacam.

– Daha böyük qələbələr qazanmaq üçün nəyə arxayınsan?

– İndiyə qədər əldə etdiyim uğurlara, qazandığım medallara , mənə inanan insanlara və ilk növbədə isə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimizin biz idmançılara göstərdiyi böyük diqqət və qayğıya arxayınam.

Söhbəti apardı:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında