IV İslam Həmrəyliyi Oyunları dünya mediasında

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünya mediasında geniş işıqlandırılır. İranın “Tasnim” və İRİB saytlarında bu möhtəşəm idman yarışı haqqında geniş yazılar verilib. Qeyd olunub ki, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib. Oyunlar üçün müasir standartlara cavab verən 16 idman arenasından istifadə olunur. Yarışlara 50-dən çox müsəlman ölkəsindən üç minədən artıq idmançı qatılıb. Onların yerləşdikləri Atletlər kəndində hər cür şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, idmançıların və onların məşqçilərinin namaz qılmaları üçün xüsusi yerlər ayrılıb. Yeməklərin tam halal olması da təmin edilib.

Fransanın “Beur FM” radiosunda da IV İslam Həmrəyliyi Oyunlarından danışılıb. Sözügedən radioda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verib. Səfir IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkənin iştirak etdiyini, oyunların açılış mərasiminin Bakı Olimpiya Stadionunda təntənəli şəkildə keçirildiyini bildirib. Qeyd edib ki, 2015-ci ildə birinci Avropa Oyunlarına və iki il sonra IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın dialoq, multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət məkanı olduğunu göstərir. Səfir, eyni zamanda, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında sərəncam imzaladığını da vurğulayıb. Bütün bunlarla yanaşı, Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası dialoq platforması kimi tanındığını, 10 ildir ölkəmizin Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsini də diqqətə çatdırıb.

Səfir Elçin Əmirbəyov xatırladıb ki, IV İslam Həmrəyliyi Oyunlarının əsas məqsədi İslam ölkələri arasında həmrəyliyi, birliyi təşviq etməkdir. O, dünyəvi ölkə olan Azərbaycanda bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradıldığını xüsusi vurğulayıb.

Qardaş Türkiyə mətbuatında da möhtəşəm tədbirlə bağlı geniş yazılar yer alıb. Bu ölkənin Anadolu Agentliyində verilən yazıda “Bakı-2017”nin möhtəşəmliyindən söz açılıb. Yazıda bildirilib ki, 68 min nəfərin izlədiyi şouda Azərbaycanın Xalq artisti Alim Qasımovun ifasında “Azan” səslənib. Həmçinin məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışına geniş yer ayrılıb.

Türkiyənin http://www.gazete2023.com, http://kralspor.ensonhaber.com/, http://www.memleket.com.tr, http://www.arti49.com, http://www.arti49.com, http://sampiy10.gazetevatan.com saytlarında da ölkəmizin yarışları yüksək səviyyədə təşkil etməsindən, bu məsələdə minlərlə könüllünün fəal iştirakından, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərinin – sülh, birlik, hörmət və mükəmməllik olmasından ətraflı bəhs edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında