“Zəfər günləri”: Atletlərimiz parlaq qələbələri ilə xalqımıza sevinc bəxş edirlər

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə atletlərin, jurnalistlərin və idman ictimaiyyətinin doğma ocağına çevrilib.

“Zəfər günləri” layihəsi çərçivəsində mayın 20-də Milli Olimpiya Komitəsində “Bakı-2017”nin yeddinci günündə medal qazanan idmançılarımızla görüş təşkil edilib.

Mərasimdə MOK-un, Gənclər və İdman Nazirliyinin, idman federasiyalarının rəsmiləri, Olimpiya çempionları, medal qazanan atletlərimizin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, dünənki yarışların nəticələrinə görə Azərbaycan ümumi komanda hesabında birinci yerə yüksəlib. Bu, idmançılarımızın böyük uğurudur. Azərbaycanın idman salnaməsinə İslamiadadakı uğurları qızıl hərflərlə yazan atletlərimiz öz parlaq qələbələri ilə xalqımıza hər gün tükənməz sevinc bəxş edirlər. “Fərəhləndirici haldır ki, atletlərimiz mayın 19-da yeni idman növlərində medallar qazanıblar. Bu qələbələrə görə idmana və idmançılara yüksək qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq”, - deyə Ç.Hüseynzadə bildirib.

Milli Məclisin deputatı Adil Əliyev isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının xalqımız üçün bayram tədbiri olduğunu deyib. Vurğulayıb ki, İslamiadanın Bakıda keçirilməsi Azərbaycanın sülhsevər ölkə olduğunu dünyaya nümayiş etdirir. Eyni zamanda,  “Bakı-2017” idmançılarımızın zaman-zaman müxtəlif beynəlxalq idman yarışlarında qazandıqları qələbələrin məntiqi nəticəsidir.

Qalib idmançılara MOK-un xüsusi hədiyyələri təqdim olunduqdan sonra onlar zəfər lövhəsinə imza atıblar.

Mərasim incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

 AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında