İslamiadanın bağlanış gününə 430 avtobus ayrılacaq

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-də Bakı Nəqliyyat Agentliyi (BNA) 430 avtobus ayıracaq. APA-nın məlumatına görə, BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib. Açılış mərasimində isə 350 avtobus fəaliyyət göstərib.

M. Ağayev deyib ki, bütün avtobuslarda CPS sistemi quraşdırılıb: "Açılış mərasimi günü sürücülər əvvəlcədən tibbi müayinədən keçirilib. 4 sürücüdə yüksək təzyiq olduğu, 1 sürücü isə sürət həddini aşdığı üçün sükan arxasından uzaqlaşdırılıb. Bağlanış mərasimi günündə də sürücülər əvvəlcədən tibbi müayinədən keçəcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq".

M. Ağayev indiyə qədər 1000-dən çox sürücünün xüsusi zolaqlarla bağlı pozuntuya yol verildiyi üçün cərimələndiyini də açıqlayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında