Üsəma ŞAHNON: IV İslamiada böyük məhəbbətlə təşkil olunub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün paytaxtımıza gəlmiş atletlər, eləcə də oyunların gedişini izləmək arzusu ilə Bakıda olan çoxsaylı turistlər öz ölkələrinə Azərbaycan haqqında yaxşı xatirələrlə qayıdacaqlar. Bunu görüşüb fikirlərini öyrəndiyimiz müsəlman ölkələrinin vətəndaşları ilk söhbətdəcə etiraf edirlər. 

Əlcəzairdən olan yüksək sürətli üzgüçülük ustası Üsəma Şahnon da Bakıdan zəngin təəssüratlarla qayıdacağını bildirdi. Onun sözlərinə görə, Azərbaycanda o qədər mehribanlıq, istiqanlılıq görüb ki, bunları heç zaman unutmayacaq. O, yarışların da ölkəsi üçün uğurlu keçdiyini qeyd etdi. Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarının finalında təmsil etdiyi ölkə ilk dörd qızıl medaldan birini qazanıb və üzgüçülük yarışları üzrə medallar cədvəlində ikinci yerə yüksəlib. Üsəma özü isə 50 metr məsafəyə üzgüçülük yarışlarında əldə etdiyi qızıl medaldan sonra kişilər arasında 100 metr məsafəyə sərbəst üzmə yarışlarında daha bir qızıl medal qazanıb. Bu qələbələr onu çox sevindirib. Buna görə Bakı Oyunlarını həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Üsəma Şahnon daha sonra bildirib:

- Belə gözəl yarışların təşkilinə görə Azərbaycan rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanıma minnətdarlığımı bildirirəm. Bilirəm ki, Bakı Birinci Avropa Oyunlarına da çox yüksək səviyyədə ev sahibliyi edib və bu oyunların şöhrəti dünyaya yayılıb. Hazırkı İslam Həmrəyliyi Oyunları da böyük məhəbbət və diqqətlə təşkil olunub. Bütün iştirakçı ölkələrin nümayəndələrinə qayğı və məhəbbət göstərilir. Atletlər də dostluq və mehribanlıq şəraitində oyunları davam etdirirlər. Bu böyük idman tədbiri bütün İslam ölkələrində öz layiqli qiymətini almaqdadır. 

Bakıda ilk dəfə olsam da, şəhərinizi və insanlarınızı da çox bəyəndik. Azərbaycana gəlməzdən əvvəl Bakının yüksək sürətlə inkişaf etdiyini eşitmişdim. Ancaq burada yeni və bir-birindən gözəl binaları, park və xiyabanları, yaşıllıqları görəndən, xüsusilə tarixi yerlərlə, əsasən də İçərişəhərlə tanış olandan sonra paytaxtınıza heyran qalmaya bilmədim. Tarixlər şahidi Qız qalası ilə tanışlıq isə lap ürəyimcə oldu. Ümumiyyətlə, ilk fürsətdəcə Bakıya bir daha gəlmək arzusundayam. Allah qismət eləsin!

Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında