“Mükafatlarıma İslamiadanın qızıl medalını da əlavə etdim”

IV İslam Həmrəyliyi Oyunları hər gün bizə bol sevinc bəxş edir. Oyunlar start götürən vaxtdan, demək olar ki, hər gün bayrağımız bir neçə dəfə qaldırılır, dövlət himnimiz səsləndirilir. 54 İslam dövlətinin bayrağı sırasında Azərbaycanın üçrəngli bayrağının tez–tez yüksəyə qaldırılması hər birimizdə qürur hissi yaradır.

Bu sevincdən birini də xalqımıza  İslamiadada yunan-Roma güləşi üzrə  75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev bəxş etdi.

Avropa çempionu, dünya çempionatının mükafatçısı Elvin Mürsəliyevi qəzetimizin kollektivi adından parlaq qələbə münasibəti ilə təbrik etdik, sevincinə qoşulduğumuzu bildirdik. Təbrikə görə minnətdarlıq edən çempion dövlətimizdən, xalqımızdan həmişə dəstək gördüyünü bildirdi: “Möhtərəm Prezidentimizin ailə üzvləri ilə birlikdə final görüşünü izləməsi hər birimizin məsuliyyətini artırır, bizi daha əzmlə mübarizə aparmağa ruhlandırır. Sonra da qaliblərə mükafatı şəxsən Prezidentimiz özü təqdim edir. Belə anları heç vaxt unutmaq olmur. Bu xoşbəxtlik mənə də nəsib oldu. Qızıl medalı mənə möhtərəm Prezidentimizin təqdim etməsi ən böyük mükafatımdır. Çempionun şərəfinə bayrağın qaldırılması, dövlət himninin səsləndirilməsi unudulmaz andır. Təsəvvür edin ki, dövlət himnimiz səsləndirilir, hamı ayağa qalxır, istər – istəməz aramla ən yüksəyə qaldırılan bayrağımıza baxır. Buna nail olduğuma görə sevincimin həddi-hüdudu yoxdur”.

Oyunlara çox ciddi hazırlaşdığını bildirən pəhləvanımız dedi ki, məşqçiləri ona inanırdı: “Elə özüm də yalnız qızıl medal almaq barədə düşünürdüm. IV İslam Həmrəyliyi Oyunlarının gərgin keçəcəyini bilirdim. Çünki müsəlman ölkələrinin güləşçiləri həmişə güclü olub və bu gün də güclüdürlər. Bunu final görüşü də təsdiqlədi. Qızıl medal uğrunda türkiyəli Bayrak Furkanla görüşüm çox gərgin oldu. Əvvəlki yarışlardan bir–birimizi  yaxşı tanıyırdıq. Çətinliklə də olsa, qalib gəldim və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldum. Bu qələbəmlə məşqçilərimin etimadını doğrultdum. Mən idmançılara yüksək diqqət və qayğı göstərən dövlətimizin başçısına, mənə dəstək olanların hər birinə minnətdarlığımı bildirirəm”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında