“Bakı-2017”: Atletika yarışlarının dördüncü günündə idmançılarımız bir qızıl medala sahib olublar

IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarının dördüncü günündə - mayın 19-da Azərbaycan idmançıları bir qızıl medalla kifayətləniblər.

AZƏRTAC xəbər verir ki, İslamiadanın atletika və paraatletika yarışlarında növbəti - doqquzuncu qızıl medalı Yelena Çebanu qazanıb. O, qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında T12 kateqoriyasında finiş xəttini 24,69 saniyədə keçərək qızıl medala sahib olub.

İndoneziyalı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri bürünc medallara layiq görülüblər.

Azərbaycan idmançıları İslamiadanın atletika və paraatletika yarışlarında dörd gün ərzində 14 medal qazanıblar. Onlardan 9-u qızıl, 3-ü gümüş, 2-si bürünc medaldır.

İslamiadanın atletika yarışlarına mayın 20-də yekun vurulacaq.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında