Tennis üzrə fərdi yarışlarda səkkizdəbir final mərhələsinə yekun vurulub

İslamiadanın tennis yarışlarının səkkizinci günündə - mayın 19-da kişilər və qadınlar arasında fərdi mübarizənin səkkizdəbir final mərhələsinə yekun vurulub. Həmçinin cütlüklərin yarışlarında yarımfinalçılar müəyyənləşib.

Azərbaycan yarışlarda həm kişi, həm də qadın cütlüklərin mübarizəsində təmsil olunub. Qadınların yarışında çıxış edən Amina Dik-Umayra Həşimova dueti Ayla Aksu-Berfu Cengiz cütlüyünə məğlub olaraq (1:6, 0:6) mübarizəni dayandırıb.

Kişi cütlüklərin yarışında isə Rəsul Qocayev-Filip Nikolic (Azərbaycan) cütlüyü Amine Ahuda-Ayoub Çakrouni (Mərakeş) duetinə (4:6, 3:6) uduzaraq yarımfinala çıxmaq şansını itirib.

Mayın 20-də fərdi yarışlarda dörddəbir, cütlüklərin mübarizəsində isə yarımfinal görüşləri keçiriləcək.

Tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında