Qətər xəbər agentliyi: IV İslamiadada ədalətli idman mübarizəsi gedir

Bu günlərdə dünyanın aparıcı informasiya agentlikləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına böyük maraq göstərirlər. Onların arasında QNA (Qətər Xəbərlər Agentliyi) da var. 

Agentliyin müxbirləri Bakıda IV İslamiadanın təşkili, ayrı-ayrı idman növləri üzrə əldə olunan uğurlar barədə davamlı olaraq operativ xəbər və reportajlar, müsahibə və şərhlər yayımlayırlar.

Bu yazılarda bir qayda olaraq Azərbaycan paytaxtında yarışların yüksək səviyyədə təşkil olunduğu qeyd olunur. İdmançılar, onların məşqçiləri yarışların ədalətli idman mübarizəsi şəraitində keçdiyini dərin razılıqla vurğulayırlar.

QNA-nın müxbirləri, təbii ki, Qətər idmançılarının IV İslam Həmrəyliyi Oyunlarındakı uğurlarının işıqlandırılmasına xüsusi diqqət yetirirlər. Məsələn, agentliyin dünən yerləşdirdiyi yazıda deyilir ki, IV İslamidada  idmanın çəkictullama növü üzrə yarışda qətərli Əşrəf Əmgəd Əlseyfi 73,17 metr göstərici ilə üçüncü yerə sahib olub. Birinci və ikinci yerləri isə müvafiq olaraq türkiyəli idmançılar Əşrəf Apak və Ozkan Baltaçı tutublar.

Agentliyin müxbiri yazır ki, Əşrəf Əmgəd Əlseyfi 2012-ci ildə yeniyetmə idmançılar arasında Asiya çempionatının qalibi olub. O, Bakıdakı yarışların təşkilindən çox məmnun qaldığını bildirib.

QNA-nın məlumatında həmçinin, deyilir ki, IV İslamiadada medal hesabına görə, Türkiyə və Azərbaycan idmançıları irəlidə gedirlər. Qətər idmançılarının isə aktivində 1 qızıl, 1 gümüş və 5 bürünc medal olmaqla 7 medal var.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında