“Birinci yer uğrunda güləşirdik”

Bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi üzrə qalibi Kamran Məmmədov (66 kq) yarış təəssüratlarını “Xalq qəzeti” ilə bölüşərkən dedi.

O, bildirdi ki, yunan-Roma yığmamız dünyanın ən güclülərindən biri hesab olunur və bu qələbə gözlənilən idi: “Bu ilin əvvəlindən yığmamız beynəlxalq arenalarda keçirilən turnirlərdə yüksək səviyyəli hazırlıq nümayiş etdirib. Qran-pri, yarışlarında, Bolqarıstanın Sofiya şəhərində beynəlxalq turnirdə, eləcə də dünya kubokunda böyük uğurlar qazanıb. İranın Abadan şəhərində keçirilən  dünya kubokunda güləşçilərimiz cüzi fərqlə ev sahibinə – İran komandasına məğlub oldular. Oyunlarda qələbəmiz gözlənilən idi”.

 Kamran Məmmədov IV İslamiadada çıxışı ilə bağlı bunları dedi: “Birinci yer uğrunda güləşirdik.  İstəyimizə nail olduğumuz üçün sevinirik. Keçirdiyim görüşlərin hər biri birinci yerə hesablanmışdı. Şadam ki, doğma divarlar arasında ölkəmizi layiqincə təmsil edə bildim”.

Güləşçimiz İslamiadada Azərbaycan yığmasının yüksək səviyyədə mübarizə apardığını vurğuladı və əmin olduğunu bildirdi ki, komandamız Oyunları qələbə ilə başa vuracaq: “Azərbaycan idman ölkəsidir. Yığmamızın hər bir qələbəsi bizdə qürur hissi yaradır. Əminəm ki, Oyunları qələbə ilə başa vuracağıq”.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında