məmmədəli Mehdiyev: İslamiadanın qızılı karyeramda ən dəyərli mükafatlardan olacaq

İslam Oyunlarında potensialımdan maksimum istifadə etməyə səy göstərdim. Onu da qeyd edim ki, Oyunlar gərgin rəqabət şəraitində keçir. Əsas görüşlərdən biri həlledici döyüşüm oldu. Finalda Əlcəzair cüdoçusu Abderrahmane Benemadi ilə gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibi ipponla məğlub etdim. Fəxri kürsünün ilk pilləsinə yüksələ bildiyim üçün məmnunam. İslamiadanın qızıl medalı karyeramda ən dəyərli mükafatlardan biri olacaq.

Komandamızın İslamiadada böyük uğurunu qeyd etmək istəyirəm. Ümumiyyətlə, bütün növlər üzrə Azərbaycan yığması böyük nailiyyətlərə imza atır. Əsas məqamlardan birini - bu yarışlarda idmançıların dostluq münasibətlərini də xüsusi vurğulayardım. Bu günlər müsəlman ölkələri idmançıları arasında çoxlu dostlar qazandıq. Onlarla söhbətimizdə Bakıda olmaqdan məmnunluq hissi keçirdiklərini, fürsət düşərsə doğma paytaxtımıza yenə gələcəklərini deyirlər.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında