Patimat Abakarova: Karyeramın qızıl medalına çox sevinirəm

Qarşıma İslamiadanın ən ali mükafatını qazanmağı məqsəd qoymuşdum. Bildiyiniz kimi, buna qədər nüfuzlu yarışlarda birinci yeri tutmaq mənə nəsib olmamışdı. Rio Olimpiadasında bürünc medal qazanmışdım.

Bu, idmandır, bəzən hər şey biz istəyən kimi olmur. Amma doğma paytaxtda qızıl medalı əldən verə bilməzdim. Azarkeşlərimi də sevindirmək istəyirdim. Ona görə bütün görüşlərimdə diqqətli olmağa çalışırdım.  ­Qızıl medal uğrunda qazaxıstanlı taekvandoçu ilə mübarizə apardım və böyük üstünlüklə qalib gəldim. Onu da qeyd edim ki, taekvando yarışlarında rəqabət yüksək idi. Sevinirəm ki, ölkəmizi yüksək səviyyədə təmsil etdim.

Qarşıda bizi yeni yarışlar gözləyir. Əsas hədəf Tokio Yay Olimpiya Oyunlarıdır. Arzum ­Olimpiya çempionu olmaqdır.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında