Bakıda tennis yarışları üçün ideal şərait yaradılıb

Müxtəlif idman növlərində qüvvələrini sınayan müsəlman ölkələrinin təmsilçiləri stolüstü tennis idman növündə də yarışlara qatılıblar. Final uğrunda  mübarizədə  Azərbaycanın stolüstü tennisçisi Zinq Ninqə məğlub olan İran təmsilçisi Nedə Şahsavari qəzetimizə açıqlama verib:

– Oyunlar gərgin keçdi. Stolüstü tennis çeviklik və diqqət tələb edən idman növüdür. Bu idman növündə uğur əldə etmək həqiqətən çox çətindir. Bu, həm də ən faydalı, sağlamlıq üçün çox münasib bir idman sahəsidir. Çalışdım ki, bütün qüvvəmi səfərbər edim. Oyunlar ədalətli keçirilir. Bundan əlavə, Bakıda tennis yarışları üçün ideal şərait yaradılıb. İdmançı üçün əsas amillərdən biri də məhz belə şəraitin yaradımasıdır.

N.Şahsavari əlavə edib ki, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkələrimizin daha da yaxınlaşması və dünyaya birlik mesajı göndərməsi üçün çox mühümdür.

Qeyd edək ki, maraqlı keçən idman qarşılaşmasında Azərbaycan təmsilçisi 4:1 hesabı ilə İran təmsilçisini məğlub edərək finala çıxıb.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında