“İslamiadanın təşkilatçılığı Olimpiya Oyunlarının səviyyəsindən geri qalmır”

Bunu türkiyəli jurnalist Elvan Arat dedi

Onunla IV İslam Həmrəyliyi  Oyunlarının açılış mərasimini işıqlandırarkən  Bakı Olimpiya Stadionunda tanış olduq.  Əvvəlcə  azərbaycanlı həmkarlarımdan biri olduğunu zənn etsəm də, sonradan söhbət əsnasında Türkiyədən gəldiyini  öyrəndim, idman jurnalistidir. Onunla Oyunların açılış mərasimi zamanı  həmsöhbət oldum.

– Açılış mərasimi necə idi?

– IV İslam Həmrəyliyi Oyunlarının  açılış mərasimini çox bəyəndim. Artıq bu cür yüksək səviyyəli tədbirlərin, idman yarışlarının təşkilatında Azərbaycan  yüksək peşəkarlıq qazanıb. Ölkəniz İslam aləmini birləşdirən bu idman Oyunlarını daha da yüksək səviyyəyə çatdırdı. Təşkilatçılıq səviyyəsinə nəzər yetirəndə deyə bilərəm ki, IV İslam Həmrəyliyinin təşkilatçılığı  Olimpiya Oyunlarının səviyyəsindən geri qalmır. Mənim fikrimcə, İslam Oyunlarının  Bakının 2005-ci ildə ev sahibliyi etdiyi Avropa Oyunlarından heç də geri qalmır.  Bakıya ilk dəfə gəlsəm də, buradakı idman yarışlarını mediadan izləyirəm.

–  Bəs Bakı necə təəssürat oyatdı sizdə?

– Odlar Yurdu Azərbaycanın bu cür maraqlı və uğurlu təşkilatçılığı hamımızı sevindirir. Bakı artıq ənənələr formalaşdırır, ən önəmli tədbirlər şəhərinə çevrilib. Hər dəfə də Azərbaycan bu cür tədbirlərlə Avropanın, bütövlükdə dünyanın diqqətini özündə cəmləşdirə bilir.  Azərbaycan  bu cür beynəlxalq idman yarışlarına ev sahibi etməklə, həm də  gələcəkdə bundan da böyük təşkilatçılıq edə biləcək gücünü nümayiş etdirir. Şəhəri gəzərkən gördüyüm  müasir binalar çox möhtəşəmdir. Artıq əyləncə və müasirliyi, dinamikliyi özündə cəmləşdirən Bakıya düşünürəm ki, şəhər sakinləri və qonaqlar da adət ediblər. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları Bakının tarixində mühüm idman hadisəsi kimi qalacaq.

Söhbəti qələmə aldı:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında